8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü

20:29 - 17 May 2024

8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü

1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü. Onlar çadırlarda, vaqonlarda, uşaq bağçalarında, yataqxanalarda yaşayırdılar.

 

Manset.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuli şəhərinin dağıdılmış yerləri və şəhərin Baş planı ilə tanış olarkən deyib.

"Biz 2007-ci ildə çadır şəhərciklərini ləğv etdik, lakin hələ də yataqxanalarda yaşayan insanlar var. Buna görə də onları oradan buraya köçürürük. Hər şey pulsuzdur. Onlar burada yaşayırlar", - dövlət başçısı vurğulayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin