Sankt-Peterburqda Rabitə Akademiyasında partlayış - Yaralılar var

22:42 - 17 May 2024

Sankt-Peterburqda Rabitə Akademiyasında partlayış - Yaralılar var

Rusiyanın Sankt-Peterburq şəhərinin Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında partlayış baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hazırda partlayış yerində təcili yardım xidmətləri işləyir.

Akademiyaya pilotsuz təyyarə ilə hücum edildiyi iddia edilir. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin