Hikmət Hacıyev Baydenin müşaviri ilə görüşdü

22:50 - 17 May 2024

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

 

Manset.az  xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” səhifəsindəki paylaşımında bildirib.

“Ceyk Sallivanla çox məzmunlu görüş keçirdik. Biz ölkələrimiz arasında əməkdaşlığı və əlaqələrimizin gələcək inkişafını nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər müzakirə edilib. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə qeyd olunub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin