Taksilərdə minimal gediş haqqı kəskin artırılır? - VİDEO

23:35 - 17 May 2024

Taksilərdə minimal gediş haqqı kəskin artırılır? - VİDEO

Taksilərdə gələn ayın 1-dən etibarən minimal gediş haqqı 4 manat 50 qəpik olacaq.

 

Manset.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bununla bağlı bəzi xəbər saytlarında iddialar yayılıb. Buna səbəb kimi isə köhnə avtomobillərin taksi fəaliyyətinin məhdudlaşdırılması göstərilir.

Hətta sürücülər deyirlər ki, ili  köhnə olan bəzi avtomobillərin fəaliyyətinə artıq blok qoyulub. Qiymətin qalxması məsələsinə isə sürücülərin münasibəti birmənalı deyil.

Taksi sürücüləri arasında 4 manat 50 qəpik gediş haqqını da az hesab edənlər var.

Məsələ ilə əlaqədar Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda fəaliyyət göstərən taksi operatorları tərəfindən  qiymət rəqabət şəraitində formalaşır.
Qiymətin həqiqətən artıb - artmayacağı ilə əlaqədar taksi faəliyyəti göstərən şirkətlərlə əlaqə saxlamağa çalışdıq. Bu məsələ ilə bağlı isə məlumatsız olduqlarını deyənlər də, sorğumuzu cavabsız qoyanlar da oldu.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin