Yaşlı qadını döyüb pulunu əlindən aldılar - Saxlanılan var

10:34 - 18 May 2024

Yaşlı qadını döyüb pulunu əlindən aldılar - Saxlanılan var

Oğuzda quldurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib.

Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb. O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada xərcləyib.

Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin