Bu kəndi güclü dolu vurdu - VİDEO

12:30 - 18 May 2024

Bu kəndi güclü dolu vurdu - VİDEO

Son bir neçə gündür Azərbaycanda anomal hava şəraiti hökm sürürür.

 

Manset.az xəbər verir ki, may ayı olmasına baxmayaraq ölkənin bəzi yerlərinə qar yağır, bəzi yerlərində isə dolu və leysana çevrilən güclü yağış olur.

Bu dəfə ölkənin şimal-qərbində yerləşən Balakənə güclü dolu yağıb.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə məlumat və görüntülər daxil olub.

Sakinlər qeyd edib ki, gecə saat 01-00-dan başlayaraq Katex kəndinə güclü dolu yağmağa başlayıb.

Görüntülərdə təbiət hadisəsinin uzun müddət davam etdiyi və çoxaldığı kadrlar əks olunub.

Kənd sakinləri doludan ağ örpəyə bürünən evlərinin həyətlərini təmizləməyə çalışıblar.

Sözügedən görüntüləri təqdim edirik:


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin