Bakıda usta işlədiyi evdən oğurluq etdi

13:19 - 18 May 2024

Bakıda usta işlədiyi evdən oğurluq etdi

Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən 7 evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlər mənzillərdən və həyətyanı sahələrdən məişət əşyalarının oğurlandığını bildiriblər.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 33 yaşlı Ceyhun Verdiyev saxlanılıb. Araşdırmalarla onun usta kimi işlədiyi daha bir mənzildən də təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin