Bakıda sərnişin avtobusları qəza törətdi: Xeyli sayda yaralı var - FOTO

17:26 - 19 May 2024

Bakıda sərnişin avtobusları qəza törətdi: Xeyli sayda yaralı var - FOTO

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az