HƏMAS-ın daha bir komandiri öldürüldü

20:24 - 19 May 2024

HƏMAS-ın daha bir komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının Qəzza zolağındakı komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.

 

Manset.az  xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilir ki, öldürülən Əzmi Əbu Dakka təchizat məsələlərinə cavabdeh olub.

İsrail kəşfiyyatının məlumatına görə, o, Qəzza zolağına silah qaçaqmalçılığında fəal iştirak edib.

Qeyd edək ki, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-la əlaqəli onlarla hədəfə zərbələr endirib. Nəticədə HƏMAS-ın taktiki döyüş bölmələrinin iki komandiri öldürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv