Çin kosmosa 4 müşahidə peyki göndərdi

18:10 - 20 May 2024

Çin kosmosa 4 müşahidə peyki göndərdi

Çin kosmosa yüksək optik ayırdetmə və sürətli uzaqdan zondlama xüsusiyyətlərinə malik süni intellekt və ağıllı təsvir sistemləri ilə işləyə bilən 4 qabaqcıl texnologiyalı yer müşahidə peyki göndərib.

 

Manset.az Çinin Sinxua agentliyinə istinadən xəbər verir ki,  peyk şəbəkəsi yaratması planlaşdırılan “Pekin 3C” peykləri “Long March 2D” raketi ilə Şansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən orbitə çıxarılıb.

Qyed edək ki, göndərilən peykin Long Marc raketləri ilə birgə  sayı 523-ə çatıb. 

Çin Kosmik Texnologiyalar Akademiyası (CAST) tərəfindən hazırlanmış "Pekin 3C" peykləri 0,5 millimetr diametrli və 2 metr multispektral ayırdetmə qabiliyyətinə malik ağıllı Yer müşahidə peyklərindən ibarətdir.

Süni intellekt və ağıllı təsvir sistemləri ilə işləyə bilən sürətli uzaqdan zondlama imkanlarına malik peyklər Çin Kosmik Elm və Texnologiya Şirkətinə (CASC) bağlı olan 21st Century Space and Aviation Technology Company (21AT) tərəfindən istifadə ediləcək.

Eyni şəbəkənin bir hissəsini təşkil edən “Pekin 3A” peyki 2021-ci ilin iyununda, “Bejing 3B” peyki isə 2022-ci ilin avqustunda orbitə buraxılıb.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin