Məşhur futbolçuya silahlı hüçum oldu - FOTO

18:04 - 20 May 2024

Məşhur futbolçuya silahlı hüçum oldu - FOTO

"Beşiktaş"dan icarə əsasında "Marsel"də çıxış edən Jan Onana Fransada silahla hücuma məruz qalıb.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı Jan Onananın maşına çoxlu sayda silah ilə atəş açılıb.

Dəhşətli hadisədən sonra "Beşiktaş"dan açıqlama verilib.

 "Fransanın "Marsel" klubuna yarımçıq transfer dövründə müvəqqəti transfer olunan Jan Onana oğurluq cəhdindən sonra silahla hücuma məruz qaldığını böyük kədərlə öyrəndik. Hücumdan sağ-salamat xilas olan Jan Onanaya keçmiş olsun  diləyirik." - açıqlamada qeyd edilib.

Jalə

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin