Netanyahunun həbsinə order istənir

18:07 - 20 May 2024

Netanyahunun həbsinə order istənir

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin müdafiə naziri Yoav Qallant, həmçinin HƏMAS-ın iki yüksək rütbəli lideri – "Əl-Qasım" Briqadalarının rəhbəri Məhəmməd Diab İbrahim əl-Masri və qrupun siyasi lideri İsmayıl Haniyə barəsində də həbsinə order verilməsini istəyib.

 

Manset.az xəbər verir ki, bu barədə CNN-in müxbirinə Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan verdiyi açıqlamada bildirib.

O, qeyd edib ki, Netanyahu və Gallanta qarşı ittihamlar arasında müharibə üsulu kimi humanitar yardımların dağıdılması, o cümlədən humanitar yardımların çatdırılmasının rədd edilməsi, müharibə üsulu olaraq aclığa səbəb olması və münaqişələrdə mülki əhalinin qəsdən hədəfə alınması daxildir.

O, BCM-nin qərarları üçün əsas olan Roma Statutunu imzalayan 124 dövlətdən İsrail rəsmilərini öz ərazilərinə gəldikləri təqdirdə həbs edib məhkəməyə təhvil vermələrini tələb edəcək.

Qeyd edək ki, daha əvvəl Ukraynadakı müharibəyə görə Rusiya prezidenti Vladimir Putinə qarşı  həbs orderi verilmişdi.

Həmçinin İsrail və ABŞ Roma Statutunu imzalamayan ölkələr sırasındadır.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin