Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada büdcə hesabına alınması qaydası TƏSDİQLƏNDİ

18:40 - 20 May 2024

Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada büdcə hesabına alınması qaydası TƏSDİQLƏNDİ

“Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” təsdiqlənib.
 

Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan mallar istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması, habelə satınalmada iştirak edən istehsalçı və satıcıların fəaliyyətinin monitorinqinin aparılması qaydasını tənzimləyir.

Qaydanın məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müəyyənləşdirmək, habelə istehsalçı və satıcıların satınalma ilə bağlı təqdim etdikləri məlumatların düzgünlüyünü, sənədlərin həqiqiliyini, onların müqavilə və satınalma şərt və tələblərinə əməl etmələrini yoxlamaqdır.

Daha ətraflı linkdə:


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin