Bu ölkədə Baş Nazirin evinə oğru girdi

20:07 - 20 May 2024

Bu ölkədə Baş Nazirin evinə oğru girdi

İtaliyada sağçı koalisiya hökumətində baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri vəzifələrində çalışmış ifrat sağçı Liqa Partiyasının lideri Matteo Salvininin Romadakı evinə oğuru girib.

 

Manset.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  dünən axşam saatlarında Salvininin paytaxtın şimalındakı evinə bir qrup oğrunun girdiyi bildirilib.

Oğruların Salvininin evdə olmamasından istifadə edərək yaşayış binasının bağçasından mənzilə daxil olduqları, qonşuların eşitdikləri şübhəli səsləri təhlükəsizlik qüvvələrinə bildirdikləri bildirilib.

Xəbərdə oğruların özləri ilə qaynaq aparatı gətirərək evdə seyfi açmaq üçün istifadə etdikləri iddia edilib.

Xəbərdə oğruların Salvininin evindən qiymətli əşyaları götürüb-götürməmələrinin hələlik bəlli olmadığı, polisin soyğunçuluq cəhdi ilə bağlı araşdırma başlatdığı və araşdırmalarının davam etdiyi qeyd edilib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin