Türkiyə Netanyahunun həbsinə order verilməsini gecikdirilmiş qərar adlandırdı

20:48 - 20 May 2024

Türkiyə Netanyahunun həbsinə order verilməsini gecikdirilmiş qərar adlandırdı

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verməklə bağlı qərarını gec verib.


Manset.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkədə məlumat verib.

"Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun İsrailin baş naziri Netanyahu və müdafiə naziri Qallanta törətdikləri hərbi cinayətlərə görə həbs orderinin verilməsi üçün ərizə verməsi gecikmiş, lakin müsbət qərardır", deyə Tunç bildirib.

Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, Ankara ədalətsizliyə qarşı və öz müstəqil dövlətinə layiq olan Fələstin xalqının rifahı üçün mübarizəni davam etdirəcək.

Bundan əvvəl yəhudi dövlətinin prezidenti İsaak Hersoq demişdi ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən İsrailin baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarsa, dünya məhkəmə sisteminin çökməsinə səbəb olacaq.

Mayın 20-də BCM-nin baş prokuroru Kərim Xan qurumun İsrail hökumətinin başçısı Benyamin Netanyahu və onun müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini tələb etmək planlarını açıqlayıb. Məhkəmə həmçinin Fələstin HƏMAS hərəkatının silahlı qanadının lideri Məhəmməd Deif və bu strukturun daha iki yüksək səviyyəli liderinin həbsinə order almağı planlaşdırır. Mütəxəssisin sözlərinə görə, bu, İsmayıl Haniyə və Məhəmməd Diab İbrahim əl-Masriyə aiddir.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin