Almaniyada 2500 avro maaşı olan gözətçi işinə 1100 nəfər müraciət edib - FOTO

21:14 - 20 May 2024

Almaniyada 2500 avro maaşı olan gözətçi işinə 1100 nəfər müraciət edib - FOTO

Şimal dənizindəki Vanqeruqe adasında yerləşən 19-cu əsrə aid qədim mayaka gözətçi  axtarılır. 

 

Manset.az xəbər verir ki, burada muzey, müşahidə göyərtəsi və şadlıq sarayı yerləşir.

Potensial baxıcıdan hər gün bir neçə dəfə 161 pilləkən qalxmalı olduğu üçün yaxşı fiziki formada olması tələb olunurdu. Digər vəzifələr bilet və suvenirlərin satışı, turistləri müşayiət etmək, təmizlik və kiçik təmir işləri aparmaq, bağçaya qulluq etməkdir. Həmçinin adadakı evlərin birində gözətçiyə mənzil verilir.

Orda ümumilikdə 1000-ə yaxın əhali yaşayır. Baxıcının maaşı ayda 2500 avrodan başlayır.

Müsabiqənin üç ayı ərzində bu vəzifəyə gözləniləndən çox sayda ərizə daxil olub - 1100 nəfər. 

Yerli hakimiyyət orqanları 45 müsahibə apararaq qərbi Almaniyadan olan gənc ata Daniel Yoahimi seçib. O, iyunun 1-də işə yaşayacaq. 

Jalə

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin