Nazir Əhməd Vahidiyə başsağlığı verdi

09:22 - 21 May 2024

Nazir Əhməd Vahidiyə başsağlığı verdi

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın daxili işlər naziri Əhməd Vahidiyə başsağlığı verib.

 

Manset.az xəbər verir ki, nazir faciəvi helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı iranlı nazirə başsağlığı məktubu göndərib.

O, Ə. Vahidiyə belə ağır məqamda kədərlərini bölüşdüyünü bildirib, dərin hüznlə başsağlığını çatdırıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin