Braziliyada sel fəlakətinin miqyası böyüyür - 158 ölü

11:20 - 21 May 2024

Braziliyada sel fəlakətinin miqyası böyüyür - 158 ölü

Braziliyada leysan yağışların ardından meydana gələn sel fəlakətində ölənlərin sayı 158-ə çatıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, itkin düşən 88 nəfərin axtarışları davam edir.

Açıqlamada seldən zərər çəkənlərin sayının 2 milyon 300 mini keçdiyi, 82 min 666 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.

Təxminən 30 min adamla axtarış-xilasetmə işlərinin davam etdiyi paylaşılıb.

Verilən son açıqlamaya görə, yağışların həftə sonuna qədər davam edəcəyi gözlənilir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin