Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərqərar olması deməkdir

12:18 - 21 May 2024

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərqərar olması deməkdir

Xalqının tarixi yaddaşında və milli özünüdərkində əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman əzizdir. Prezident  cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı nəticəsində və 2023-cü ilin oktybat ayının 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması iləAzərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın da vaxtilə didərgin salındıqları ata-baba yurdlarına qayıdacağına inamı artıb.

Prezident cənab İlham Əliyev hələ 2020-ci il 3 iyun tarixində (Tərtər Olimpiya İdman Kompleksinin açılışında bir qrup idmançı ilə görüşündə) bu barədə danışarkən bildirmişdi: “Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti nə üçün qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz...”.

2022-ci ilin dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının inzibati binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü hər kəs tərəfindən yüksək rəğbətlə qarşılanır. Həmin tarixi tədbirdə dövlət başçısı o yerlərin Azərbaycan torpaqları olması və məhz ona görə də ermənilərin deportasiyaya məruz qoyduqları insanların öz ata-baba torpaqlarına qayıdışının reallaşacağını bildirmişdir. Hər kəsə məlumdur ki, Ali Baş Komandan cənab İlham Əliyev verdiyi sözü əməli ilə təsdiqləyir. Prezident cənab İlham Əliyev görüşdə ilə bir daha xatırlatdı və bildirdi ki, əgər kimsə hesab edirdisə ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz Ermənistana verməklə ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi.

Azərbaycanın İrəvanı Ermənistana verməsi müqabilində qarşı tərəfin “minnətdarlıq” aktı 100 min azərbaycanlının 1948-1953-cü illərdə indiki Ermənistan ərazisində yaşadıqları tarixi torpaqlarından deportasiyası oldu. 1988-89-cu illər azərbaycanlıların Qərbi Azərbaycan ərazisindəki öz doğma yurdlarından tamamilə didərgin salınması və deportasiyanın son mərhələsi oldu.

“Biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik – 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən o vaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi”, – deyə Prezident cənab İlham Əliyev bu acı tarixi xatırlatdı.

Buna onu da əlavə etmək lazımdır ki, ermənilər əzəli Azərbaycan torpaqlarına köçürüldükdən sonra onlar Azərbaycan xalqının mədəni, mənəvi və memarlıq irsinə qarşı vandalizm siyasəti həyata keçiriblər. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”. Azərbaycan mədəniyyətinə və müsəlmanlara aid dini abidələrin, azərbaycanlıların məzar daşlarının yerlə-yeksan edilməsi, müasir Ermənistan ərazisində Azərbaycan türk toponimlərinin tamamilə dəyişdirilməsi faktları erməni vandalizminin bariz sübutudur.

Ölkə rəhbərinin səsləndirdiyi bu çağırış xüsusi önəm kəsb edir. Prezidentin vurğuladığı, xüsusi diqqət ayırdığı, çağırış etdiyi bu məsələ İrəvan, Göyçə, Zəngəzur kimi tarixiAzərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırdaAzərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və mədəni irsidir.Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyil. Buna görə də, hazırda taleyi və tarixi elmi dövriyyədən kənarda saxlanmadan Qərbi Azərbaycanməsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb. Milli,mədəni, elmi və tarixi baxımdan bu tarixi məsələnin tədqiq və təbliğ edilməsi soykökünə bağlılıq, milli özünüdərk, milli tarixi şüur habelə milli kimlik və milli mədəni irs məsələləri ilə bağlı tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, həmçinin bir çox cavabı dəqiq olmayan müzakirəli məsələləri aradan qaldırmağa təsir göstərə bilər.

Bu baxımdan əldə edilən tarixi Qələbələr xalqımızın müqəddəratının yeni mərhələsi zəminində geniş üfüqlər açdı. Qazanılan qələbələr və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa ciddi təkan verdi. Tarixi qələbəmüqəddəratımızın təyini haqda yenistrategiyalar və hədəflər müəyyən etməklə yanaşı, həm də keçmişimizə həssas münasibət, onu yenidən qiymətləndirmə fürsətləri və çoxəsrlik tariximaddi-mədəni-mənəvi irsimizi yenidən və daha dərindən tədqiq etmək öhdəliyini qoydu

Ölkə rəhbərinin dünya miqyasında artan nüfuzu, Azərbaycan xalqının öz quruculuq və müdafiə gücünə inamı ona bu gün Qərbi Azərbaycanın faciəsini, öz tarixi torpaqlarına qayıtmaq, eləcə də qonşu dövlətlərin xalqları ilə əməkdaşlıq və sülh şəraitində yanaşı yaşamaq kimi sülhsevər niyyətini bütün dünya ictimaiyyətinə açıq şəkildə xatırlatmağa imkan verir.

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi demək olacaq. Hər kəsin öz əzəli vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün artıq qeyd edilən istiqamətdə hərtərəfli işlərə aparılır. Bu istiqamətdə BMT-yə müraciət ünvanlanmışdır. Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Beynəlxalq platformada bu məsələnin gündəmdə saxlanılması vacib əhəmiyyət daşıyır. BMT-də yayılan sənəd göstərir ki, artıq beynəlxalq müstəvidə də işlərə başlanılıb. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan dinc şəkildə, sülhlə soydaşlarımızın qayıdış məsləsini gündəmə gətirib. Bu gün heç şübhəsiz ki, xalqımız Müzəffər Ali Baş Komandanın qüdrəti və apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün uzaq olmadığına tam əmindir və öz liderinin ətrafında sıx birləşərək yeni Qələbələrə zəmin yaradır.

 

Zahid Cəfərov

YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, h.e.d, professor


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin