Azərbaycan yığmasının hər 2 oyunu macarlara tapşırıldı

13:01 - 21 May 2024

Azərbaycan yığmasının hər 2 oyunu macarlara tapşırıldı

Futbol üzrə yığma komandamızın gələn ay keçirəcəyi yoldaşlıq matçlarının hakimləri açıqlanıb.

 

Manset.az xəbər verir ki, Albaniya və Qazaxıstanla Macarıstanda baş tutacaq oyunlarda macar referilər iş başında olacaqlar.

İyunun 7-də Albaniya ilə nəzərdə tutulan qarşılaşmada 33 yaşlı Mihali Kaprali ədaləti qoruyacaq. İştvan Albert və Qerqo Viq-Tarsonyi köməkçi hakim, İştvan Vad isə dördüncü hakim olaraq təyinat alıb. “Haladas SportKomplexum” stadionunda təşkil ediləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İyunun 11-də Qazaxıstanla baş tutacaq görüşdə baş hakim funksiyasını Qerqo Boqar icra edəcək. Ona Teodoros Georgiou və Balaj Şalai kömək edəcəklər. Dördüncü hakim missiyası isə Bense Şonkaya həvalə olunub. Bu oyun da “Haladas SportKomplexum” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin