Daha bir şəhidimiz 30 ildən sonra dəfn olundu - FOTOLAR

13:25 - 21 May 2024

Daha bir şəhidimiz 30 ildən sonra dəfn olundu - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Xasiyev Elşən Nəzərəli oğlu Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər.

Şəhid Dövlət Himninin sədaları altında, dualar və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.

Şəhidin tabutuna bükülmüş üçrəngli Dövlət Bayrağımız qızı Xəyalə Xasıyevaya təqdim edilib.

Qeyd edək ki, Xasıyev Elşən Nəzərəli oğlu 1968-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin