“Real”ın ÇL-i qazanması “Qarabağ”a sərf edəcək

17:16 - 21 May 2024

“Real”ın ÇL-i qazanması “Qarabağ”a sərf edəcək

İyunun 1-də Londonda Çempionlar Liqasının final görüşü keçiriləcək. Madrid “Real”ı Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

 

Manset.az xəbər verir ki, bu oyunun nəticəsi ölkə çempionu “Qarabağ” üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Belə ki, “Real” qalib gəlsə, “Qarabağ” 2024/25 mövsümü Çempionlar Liqasında 1-ci deyil, 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Cari mövsüm İspaniya çempionu olan “Real” artıq 36 iştirakçı arasında yerini təmin edib. Fərz edək ki, iyunun 1-də Madrid qalib gəlir. Onda onların yerini təsnifat mərhələsindən komanda tutmalıdır. Bu məqamda isə UEFA yenilik tətbiq edib. Bundan sonra növbəti tura yüksəlməyə ölkənin reytinqi deyil, konkret klubun reytinqi təsir edəcək.

Çempionlar Liqasının qalibinin yerini seçmə mərhələnin iştirakçısı olan ən yüksək reytinqə malik klub tutacaq.

“Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov bu barədə açıqlama verib: “Birinci təsnifat mərhələsinin ən güclü reytinqi olan klubları ikinciyə sürüşə bilər. “Real” udarsa, ölkəsinə əlavə pot gəlir və “Şaxtyor” avtomatik qrupa qalır. Və  4 mərhələ oynayan klublara qədər sürüşmə gedir. Bu zaman isə avtomatik 1-ci raundda başlayan ən güclü iki komanda 2-ci raundda yer boşaldığı üçün ora sürüşür. Yəni, ən yüksək reytinqli komanda “Real” udacağı halda ikinci mərhələyə çıxır. Hazırda ən yüksək reytinqli olaraq biz və “Ferentsvaroş” görünür.  Bundan sonra çempionat bitməmiş çempionatlarda gələcək komandaların reytinqləri bizdən yuxarı deyil. Əgər “Real” udsa, “Qarabağ” və “Ferentsvaroş” avtomatik ikinci mərhələdən başlayacaq”.


Xəbər xətti

22 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin