Xamenei Rəisinin cənazəsi üzərində dua oxuyacaq

19:33 - 21 May 2024

Xamenei Rəisinin cənazəsi üzərində dua oxuyacaq

İranın ali dini lideri Ayətullah Əli Xamenei helikopter qəzasında həlak olan prezident İbrahim Rəisi və onu müşayiət edənlərin cənazələri üzərində dua mərasimi keçirəcək.

 

Manset.az  xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Dua mərasimi mayın 22-də Tehran Universitetində baş tutacaq.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin