"Üçüncü yeri əldən vermədim" - Laçın Vəliyev

21:18 - 21 May 2024

"Finalda güləşməliydim".

 

Manset.az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycan millisinin yunan-Roma güləşçisi Laçın Vəliyev (87 kq) deyib.

O, Bakıda keçirilən U-23 Avropa çempionatındakı çıxışını dəyərləndirib. Yarışı bürünc medalla başa vuran Vəliyev bəzi səhvlər üzündən finala yüksələ bilmədiyini bildirib: "Şükürlər olsun ki, üçüncü yeri əldən vermədim. Yarımfinalda səhvlər üzündən finala vəsiqə qazana bilmədim. Buna baxmayaraq, medalsız qalmadığım üçün sevinirəm. Məşqlərimi bir az da artırıb dünya çempionatında qızıl medal əldə etmək istəyirəm. İnanıram ki, buna nail olacam".

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 2 qızıl, 2 gümüş medal qazanıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin