Sumqayıtda ana özünü və üç uşağını ZƏHƏRLƏDİ

22:35 - 21 May 2024

Sumqayıtda ana özünü və üç uşağını ZƏHƏRLƏDİ

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

 

Manset.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşadırma aparılır. (Apa)


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin