“Çelsi” baş məşqçisi ilə yollarını ayırdı

23:21 - 21 May 2024

“Çelsi” baş məşqçisi ilə yollarını ayırdı

İngiltərənin “Chelsea” klubu baş məşqçi Maurisio Poçettino ilə əmək müqaviləsinə xitam verdiyini açıqlayıb.

 

Manset.az  xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

“Bütün “Çelsi” adından Maurisioya bu mövsümdə gördüyü işlərə görə minnətdarlığımızı bildirmək istəyirik. İstənilən vaxt onu yenidən “Stamford Bric”də görməkdən şad olarıq. Ona gələcək məşqçilik karyerasında uğurlar arzulayırıq”, - mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edək ki, Poçettino 2023-cü ilin mayında Frenk Lempardı əvəz edərək “Çelsi”yə rəhbərlik edib. Argentinalı daha əvvəl “Paris Saint-Germain”, “Tottenham Hotspur”, “Southampton” və “Espanyol”da çalışıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin