Rəisinin helikopteri necə tapıldı? - Bayraktar o gecə ilə bağlı təfərrüatı ilk dəfə paylaşdı

10:42 - 22 May 2024

Rəisinin helikopteri necə tapıldı? - Bayraktar o gecə ilə bağlı təfərrüatı ilk dəfə paylaşdı

İran prezidenti İbrahim Rəisinin həyatını itirdiyi helikopter qəzasında dağıntıların axtarışına qatılan Akıncı İHA ilə bağlı danışan Səlcuq Bayraktar o gecə ilə bağlı diqqəti çəkən detalları açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, türk Akıncı İHA-sı İranda başladılan axtarış-xilasetmə əməliyyatlarda 3 saat 19 dəqiqə ərzində təyyarənin qalıqlarını tapıb.

Səlcuq Bayraktar açıqlamasında “Həm hava şəraitinin, həm də coğrafiyanın çətinliyini qeyd edən Bayraktar, “Təxminən 160 kilometrəyə yaxın külək vardı. Çətin coğrafiyada bir vadiyə girərək bu vəzifəni yerinə yetirdi. Pilotlu təyyarə bu şərtlər altında uça bilməz və AKINCI-dan başqa pilotsuz sürətlə hərəkət edib o manevrləri yerinə yetirə bilən yoxdur. İlk mərhələdə silahlı AKINCI axtarış üçün yola düşəcəkdi. İran tərəfi istəməyincə biz silahsız AKINCI hazırladıq” deyib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin