Meksikada güllələnən 10 nəfərin cəsədi tapıldı

11:20 - 22 May 2024

Meksikada güllələnən 10 nəfərin cəsədi tapıldı

Meksikanın Gerrero əyalətində güllələndiyi müəyyən edilən 10 nəfərin cəsədi tapılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Meksikanın Gerrero əyalətinin İctimai Təhlükəsizlik Katibliyi açıqlama verib.

Bildirilib ki, Akapulkodakı Emliano Zapata məhəlləsində çoxlu cəsəd tapılıb.

Açıqlamada hadisənin mütəşəkkil cinayət qruplarının hesablaşmaları nəticəsində baş verdiyi və bu şəxslərin tapança ilə öldürüldükdən sonra küçə kənarına atıldığı bildirilib.

Təhlükəsizlik qüvvələri şübhəlilərin tapılması üçün araşdırmalara başlayıb. Sakit okean sahilində yerləşən Akapulko şəhəri narkotik ticarəti üçün tranzit məntəqə hesab olunur. Təhlükəsizlik məlumatlarına görə, 2023-cü ildə Gerreroda zorakılıqlar nəticəsində 1890 nəfər ölüb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin