Elvis Preslinin evi və dəfn yeri hərraca çıxarılır - Bu səbəbdən

12:01 - 22 May 2024

Elvis Preslinin evi və dəfn yeri hərraca çıxarılır - Bu səbəbdən

ABŞ-ın Memfis şəhərində 1977-ci ildə dünyasını dəyişən rok musiqisinin əfsanəsi Elvis Preslinin evi və dəfn yeri olan Qreyslend girov qoyulması səbəbindən sabah hərraca çıxarılacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Elvisin yeganə övladı olan mərhum Lisa Mari Presli 2018-ci ildə Greyslendi girov göstərək 3,8 milyon dollar kredit götürüb. 

Krediti verən Private Lending şirkəti Liza Marinin ötən il 54 yaşında ölmədən əvvəl pulu qaytarmadığını iddia edib.

Liza Marinin qızı və malikanənin yeganə varisi Riley Keough anasının şirkətdən kredit götürmədiyini söyləyib.

Riley Keough anasının sənəddəki imzalarının saxta olduğunu iddia edib.

Sənədlərdə adı keçən notarius da imzaların saxta olduğunu iddia edərək, onun belə kreditlə heç bir əlaqəsi olmadığını bildirib.

Riley Keough satışın "fırıldaqçılıq" olduğunu iddia edərək məhkəməyə verib.

Ötən gün satışla bağlı müvəqqəti qətimkan tədbiri seçilib. Bu gün işə baxılacaq. Elvis Presli 1957-ci ildə Greyslendi 102 min 500 dollara satın almışdı. Greyslend 1982-ci ildə muzey kimi ictimaiyyətə açılıb. 13,8 akr ərazisi olan mülk hər il yüz minlərlə ziyarətçini qəbul edir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin