Rusiyalı general-mayor “dələduzluq” ittihamı ilə həbs edildi

12:16 - 22 May 2024

Rusiyalı general-mayor “dələduzluq” ittihamı ilə həbs edildi

Rusiyanın Ukraynadakı işğalında hərbi uğursuzluqları tənqid edən və ötən ilin iyulunda vəzifəsindən uzaqlaşdırılan general-mayor İvan Popov “külli miqdarda dələduzluq” ittihamı ilə hərbi məhkəmə tərəfindən həbs edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, istintaq çərçivəsində Popov barəsində “qabaqlayıcı tədbir” olaraq 2 ay müddətinə həbs qətimkan tədbiri seçiləcək.

Rusiya Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

49 yaşlı keçmiş rus komandiri Ukraynanın cənubundakı Zaporojya vilayətində döyüşən 58-ci ordunun komandiri olub.

Telegram-da paylaşdığı və özünə məxsus olduğu bildirilən səsli mesajda keçmiş general-mayor Popov Ukraynadakı əməliyyatda “yüksək itki nisbəti” və “artilleriya dəstəyinin olmaması” ilə bağlı suallar verib.

Popov səs yazısında “Ya susub qorxaq olmaq, ya da vəziyyəti olduğu kimi danışmaq lazım idi. Mən qorxaq kimi susmadım, Ukrayna müharibəsi haqqında həqiqəti söylədim”, - deyə o əlavə edib.

"Mənim sizin adınızdan, həyatını itirən yoldaşlarımın adından yalan danışmağa haqqım yox idi. Ona görə də bütün mövcud problemləri ümumiləşdirdim".

Popov işdən çıxarılmasının vətənə xəyanətdə ittiham etdiyi yüksək rütbəli komandirlər tərəfindən tələb edildiyini və Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu tərəfindən təsdiqləndiyini qeyd edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin