Trendyol Super Liqasının 37-ci həftəsində, “Qalatasaray” derbisi öncəsi əcnəbi məşqçilərlə görüşlər keçirən “Fənərbaxça” klubu İsmayıl Kartalla bağlı fikirlərini dəyişib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, prezident Ali Koçun derbidə komandanın oyununa heyran qaldığı və gələn mövsüm İsmail Kartalla davam etmək fikrinə müsbət yanaşdığı bildirilib.
Qeyd olunub ki, İsmail Kartal “Qalatasaray” derbisinə qədər “Fənərbaxça”nın növbəti mövsüm üçün planlarında yox idi.
Əfsanə Rəcəb
Manşet.az