Derbidən sonra soyunub-geyinmə otağındakı çıxış "Qalatasaray"ı qəzəbləndirdi

13:01 - 22 May 2024

Derbidən sonra soyunub-geyinmə otağındakı çıxış

"Fənərbaxça"nın prezidenti Ali Koçun "Qalatasaray" derbisindən sonra soyunub-geyinmə otağında etdiyi çıxış sosial mediada böyük əks-səda yaradıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Koç bütün komandanı qucaqlayaraq təbrik edib.

O, çıxışında, "Cənablar, nəyə nail olduğunuzu anlayın. Böyük bir partiyanı dağıtdınız. Onların məğlubiyyətsizlik seriyasını məhv etdiniz. Sənətçilər gedir. Hazırladıqları podiumu qura bilməyəcəklər" deyib.

Qeyd edək ki, Superliqanın 37-ci həftəsində səfərdə "Fənərbaxça" "Qalatasaray"a 1:0 hesabı ilə qalib.  

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin