Suriyadan diqqətçəkən görüntülər

13:28 - 22 May 2024

Suriyadan diqqətçəkən görüntülər

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin Suriyadakı fabrikə baş çəkməsi sosial mediada gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Esma Esad fabrik işçiləri tərəfindən alqışlarla qarşılanıb.

Kameraya düşən görüntülərdə hər kəsin gülümsəməsi diqqətdən qaçmayıb.

Qeyd edək ki, Əsma Əsədin döş xərçəngindən tamamilə azad olduğunu elan etməsindən təxminən beş il sonra ona leykemiya diaqnozu qoyulub.

48 yaşlı Esma Esadın təcrid olunmasını tələb edən xüsusi müalicə altında tutulacağı və nəticədə ictimai fəaliyyətdən uzaqlaşdırılacağı bildirilib.

Esma Esad 2019-cu ilin avqust ayında erkən diaqnoz qoyulduğunu söylədiyi döş xərçəngindən tamamilə sağaldığını söyləyib.

Britaniya əsilli keçmiş investisiya bankiri Asma Assad 2011-ci ildə Suriya müharibəyə girdikdən sonra xeyriyyə işlərinə rəhbərlik etmək və öldürülən əsgərlərin ailələri ilə görüşmək kimi ictimai rolları öz üzərinə götürüb, lakin eyni zamanda o, müxalifətin “nifrət etdiyi” bir fiqurdur.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin