Qırmızı xalıda geyindiyi paltar səs-küyə səbəb oldu

14:27 - 22 May 2024

Qırmızı xalıda geyindiyi paltar səs-küyə səbəb oldu

Oskar mükafatlı, dünya şöhrətli aktrisa Keyt Blanşett Fransanın Kann şəhərində keçirilən 77-ci Kann Film Festivalında iz qoyub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 55 yaşlı avstraliyalı aktrisa Blanşett poz verərkən Haider Ackerman imzalı qara paltarının ətəyini ataraq paltarın yaşıl-ağ qatını ortaya çıxarıb.

Blanşetin qırmızı xalçada qara-yaşıl-ağ rənglərdə Fələstinə dəstək nümayişi böyük rəğbətlə qarşılanıb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin