Rusiya Ukraynanın bu qəsəbəsini ələ keçirdi

17:38 - 22 May 2024

Rusiya Ukraynanın bu qəsəbəsini ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Klaşçeyevka qəsəbəsinin Rusiya ordusu tərəfindən tutulduğunu bildirib.

 

Manset.az  xarici KİV-ə əsasən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynada döyüşləri davam etdirdiyi və bir çox nöqtələrdə mövqelərini yaxşılaşdırdığı bildirilən bəyanatda qeyd edilir: 

"Mərkəzi Qüvvələr Qrupunun bölmələri fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Klaşçeyevka yaşayış məntəqəsini bütünlüklə azad edib".

Bəyanatda son 24 saat ərzində Ukrayna ordusuna aid sursat anbarının məhv edildiyi, 34 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib və bunlar qeyd edilib:

"Hərbi əməliyyat başlayandan indiyədək 601 təyyarə, 274 helikopter, 24 min 498 PUA, 523 hava hücumundan müdafiə raket sistemi, 16 min 121 tank və zirehli texnika, 1307 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 9 min 740 haubitsa və minaatan Ukrayna ordusunun 915 bölməsi məhv edilib. "Xüsusi hərbi maşın məhv edilib".

Jalə

Manşet.az


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin