Dünya futbolunun rəhbəri 120 yaşında

17:54 - 22 May 2024

Dünya futbolunun rəhbəri 120 yaşında

Futbol Assosiasiyaları Federasiyası (FİFA) yaradılmasının 120 illiyi qeyd edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Fransanın paytaxtı Parisdə FIFA yaradılmasının 120 illiyi qeyd edib.

Mərasimdə çıxış edən FIFA prezidenti Canni İnfantino deyib:

"120 il əvvəl (1904-cü il mayın 21-də Parisdə Belçika, Danimarka, Fransa, İspaniya, Hollandiya, İsveç və İsveçrə tərəfindən yaradılıb) 7 üzvlə başladıq. İndi 211 üzvümüz var. Mən 7 təsisçi ölkənin nümayəndələrinə, konfederasiyaların prezidentlərinə, FIFA-nın 211 üzvünə, FIFA əfsanələrinə və bu gözəl oyunun tarixini qeyd etmək üçün Fransa paytaxtında mənə qoşulan bütün hörmətli qonaqlara təşəkkürümü bildirirəm".

Sonra FIFA-nın Qlobal Futbol İnkişafı Direktoru Arsen Venger çıxış edib. "Biz FIFA-nın 120 illiyini qeyd edirik. Bu, uzun bir səyahət oldu və 2019-cu ildən bəri onun bir hissəsi olmaqdan məmnunam. İllər ərzində bu oyunun təkamülünün şahidi olduq", deyə Venger qeyd edib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az