Baş nazirdən ev təsərrüfatları barədə QƏRAR

18:50 - 22 May 2024

Baş nazirdən ev təsərrüfatları barədə QƏRAR

Ev təsərrüfatlarının uçotu qaydası təsdiq edilib.

 

Manset.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, uçot Azərbaycan Respublikasının rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təsərrüfatbaşına uçot sənədlərinə və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun aparılır.

Uçot aparılarkən ev təsərrüfatının daimi yaşayan üzvləri (bir şəxs və ya şəxslər qrupu) müəyyən edilir. Şəxslər qrupu o halda ev

təsərrüfatı hesab edilir ki, onlar bir yaşayış sahəsində (fərdi yaşayış evində, mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.

Uçot nümayəndəliklər tərəfindən yanvarın 1-dən 30-dək bütün təsərrüfatlarda təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə hər il yanvarın 1-i vəziyyətinə aparılır. Uçot yaşayış məntəqələrində daimi yaşayan şəxslər üzrə aparılır. Ərazidə müvəqqəti məskunlaşmış təsərrüfatlar barədə məlumatlar xüsusi formada qeydə alınır.

Bütün üzvləri vəfat edən, yaxud bütün üzvləri digər inzibati ərazi dairəsinə köçən ev təsərrüfatı uçotdan çıxarılır. Uçotu aparan nümayəndəliklər hər il fevral ayının 10-dək ev təsərrüfatlarının və onların üzvlərinin sayı barədə müvafiq bələdiyyəyə və statistika orqanına məlumat verirlər.

Uçotu aparan nümayəndəliklər tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi, yayılması və verilməsi “Fərdi

məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına əsasən həyata keçirilir.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin