Azərbaycan xalqı Qurban bayramını qeyd edir
16 İyun 2024
20:00 - 22 May 2024
Azərbaycanda dövlət səfərində olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mayın 22-də Şəhidlər xiyabanını ziyarət edib.
Manset.az xəbər verir ki, Prezident Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin