Azərbaycanda dollar ucuzlaşacaq? - AÇIQLAMA

00:42 - 23 May 2024

Azərbaycanda dollar ucuzlaşacaq? - AÇIQLAMA

Ötən gün keçirilən hərracda 44,9 milyon dollar həcmində valyuta satılıb. Bu sifarişin azalması müəyyən sualların yaranmasına səbəb olub. 

 

Manset.az  baku.ws-ə istinadən bildirir ki, əsas suallardan biri Azərbaycanda dolların mümkün ucuzlaşma ehtimalının olub-olmamasıdır. 

Millət vəkili Vüqar Bayramov bu məsələyə aydınlıq gətirib. Deputat bildirib ki, dollara tələbin azalması, daha çox dollar satışındakı yüksək tələblə balı olub: 

"May ayında dollara tələbin azalması müşahidə olunub. Xüsusilə yanvar-fevral ayındakı kəskin artımlardan sonra dollara tələbin azalması qeydə alınıb. Sözsüz ki, bu hərraclara təsir göstərib. 

Bütün bunlara bxmayaraq Azərbaycanda dolların ucuzlaşması gözlənilmir. Tələbin azalmasına baxmayaraq, Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamağa çalışıb. Növbəti mərhələdə məzənnənin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Çünki Mərkəi Bank intervensiya etmək hüququna malikdir. Azərbaycan üzən məzənnə rejiminə keçməyib. Bu da kursun məzənnəsinin müəyyənləşməsində inzibati təsir imkanlarını qoruyub saxlayır".
 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin