Daha bir güləşçimiz AVROPA ÇEMPİONU oldu

21:20 - 22 May 2024

Daha bir güləşçimiz AVROPA ÇEMPİONU oldu

Bakı İdman Sarayında güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

 

Manset.az  xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

O, finalda İslam Əliyevə (AİN) 8:2 hesabı ilə qalib gəlib.

Murad Əhmədiyev (97 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalın sahibi olub. O, Aapo Viitaladan (Finlandiya) güclü (11:0) olub.

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Petar Qornyaşkini 7:4 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bundan əvvəl komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.
 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin