Mikayıl Cabbarov Avropa çempionu olan güləşçilərimizi təbrik etdi - FOTO

00:57 - 23 May 2024

Mikayıl Cabbarov Avropa çempionu olan güləşçilərimizi təbrik etdi - FOTO

Azərbaycan iqtisadiyyat naziri, Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov yunan-Roma güləşçilərimizi Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olması münasibətilə təbrik edib.

 

Manset.az  xəbər verir ki, bu barədə nazir rəsmi "X" hesabında paylaşım edib.

"Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçirilir. Bu gün başa çatan yunan-Roma güləşi üzrə yarışda millimiz komanda hesabında ilk dəfə Avropa çempionu oldu.

Milli komandamızın üzvləri Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıblar.
Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram", - deyə M. Cabbarov qeyd edib.
 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin