Ərdoğan Sərvəri mükafatlandırdı - FOTO

09:20 - 23 May 2024

Ərdoğan Sərvəri mükafatlandırdı - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsən və fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirliyə “Vəfa Mükafatı”nı təqdim edib.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Köşkündə baş tutan mükafatlandırma mərasimində çıxış edən ölkə başçısı bildirib ki, ədalətsizlik və münaqişələrlə dolu müasir dünya ehtiyacı olan hər kəsə kömək etməyə çalışan insanların hesabına mövcudluğunu davam etdirir.

Qeyd edək ki, Sərvər Bəşirli bu il Türkiyədə “Vəfa Mükafatı”na layiq görülən iki əcnəbidən biri olub. Digər mükafat Qəzza sakini Halid Nabyanda verilib.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin