Cennifer Lopez yenidən boşanır?

11:06 - 23 May 2024

Cennifer Lopez yenidən boşanır?

Amerikalı müğənni və aktrisa Cennifer Lopez və əri Ben Afflekin boşanma xəbəri yayılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lopez yeni "Atlas" filminin nümayişi üçün Meksikaya gedib və son zamanlar olduğu kimi bu səfərdə də əri Ben Afflek onu müşayiət etməyib.

Həmin vaxt Afflek də Los-Ancelesdə dostları ilə vaxt keçirib.

Boşanma dedi-qoduları ilə bağlı heç bir açıqlama verməyən cütlük son dəfə övladlarına həsr etdikləri bazar günü bir ailə olaraq birlikdə görüntülənib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin