Simpsonlar helikopter qəzasından xəbərdar idi?

12:18 - 23 May 2024

Simpsonlar helikopter qəzasından xəbərdar idi?

Dəqiq proqnozları ilə “hər şeyi bilən” Simpsonlar İran prezidentinin də içində olduğu helikopter qəzasını əvvəlcədən bilirdilər?

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İbrahim Rəisi və Hüseyn Əmir Abdullahiyanın qəfil ölümlərindən sonra qəzanın təfərrüatlarını maraqla izləyənlərin qarşısına sosial mediada təəccübləndirən bir xəbər çıxıb.

Sosial media platforması X-də ( əvvəlki adı Twitter) yayılan şəkillərdə Simpsonların İranda baş verən hadisəni illər öncə proqnozlaşdırdığı iddia edilib.

Paylaşımlar yayıldıqca buna inananların sayı getdikcə artıb.

Lakin iddiaların arxa planı araşdırıldıqda məlum olub ki, məşhur cizgi filmində belə bir epizod yoxdur və görüntülər AI (süni intellekt) vasitəsilə hazırlanıb.

Şərhlərdə bir istifadəçi “Bunu mən çəkdirdim” deyərək ChatGPT skrinşotunu paylaşıb. Ekran görüntüsündə sui-qəsd nəzəriyyələrinə mövzu olan görüntünün süni intellekt tərəfindən hazırlandığı görünüb.

Bundan əlavə, görüntülər süni intellektin aşkarlama vasitələrinə yüklənərkən, fotoların süni intellekt tərəfindən yaradıldığına dair tapıntılar aşkarlanıb. Beləliklə, iddialar təkzib edilib.

Qeyd edək ki, “The Simpsons” illər əvvəl yayımladığı bölümlərində epidemik xəstəliklərdən seçki proqnozlarına qədər şok edici dərəcədə dəqiq məlumatlar veriblər.

Əfsanə Rəcəb

Mnaşet.az



Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin