"Real" Arda Gülər ​​üçün edilən təklifləri rədd etdi

14:37 - 23 May 2024

Zədələrdən sonra meydanlara qayıdan "Real Madrid"in gənc ulduzu Arda Gülər ​​üçün edilən transfer təklifləri ortaya çıxıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, növbəti mövsümdə futbolçunu icarəyə götürmək üçün 10-a yaxın təklif gəlib.

Təkliflərin hamısı Premyer Liqa, Bundesilqa, Serie A və La Liqadandır.

Arda Gülər ​​komandadan ayrılmaq istəmir və Karlo Ançelotti onun gələn mövsüm komandada qalacağını açıqlayıb.

"Real Madrid" rəhbərliyi futbolçunu saxlamaq istəyir. Beləliklə, bütün təkliflər qeyd-şərtsiz rədd edilir.

Qeyd edək ki, Arda 10 liqa matçında 373 dəqiqə oynayıb və 6 qol vurub.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin