İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət etdi

16:13 - 23 May 2024

İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət etdi

"Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu".

 

Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında söyləyib.

"Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik", - deyən dövlətimizin başçısı tacik dostlarımızın bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklərinə əminliyini bildirib.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin