Nokianın əfsanəvi modeli ilə geri döndü - 2024 model 5 dəqiqə ərzində satıldı

16:58 - 23 May 2024

Nokianın əfsanəvi modeli ilə geri döndü - 2024 model 5 dəqiqə ərzində satıldı

Zamanında səs-küyə səbəb olan Nokia-nın yenilənmiş 3210 modelinin 2024-cü il versiyası 4G dəstəyi ilə satışa çıxarılıb və ilk satışda bütün ehtiyatlar tükənib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, uzun illər əvvəl buraxılmış orijinal modelin 25-ci ildönümünü qeyd etmək üçün çoxaldılan model funksionallıq baxımından çox təkmilləşdirilib.

Bildirilib ki, satışlar mayın 31-də yenidən başlayacaq.

Nokia 3210 4G-nin qiyməti 379 yuan (53 dollar) olduğu halda, Nokia 220 4G-nin qiyməti 299 yuana (41 dollar) təklif olunur. 3210 modeli hazırda tükənsə də, Nokia 220 4G-ni JD.com kimi pərakəndə satış platformalarından asanlıqla əldə etmək olar.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin