"Yuventus" klubunun baş məşqçisi postu italiyalı çalışdırıcı Tiaqu Mottaya həvalə olunub.
Manset.az xəbər verir ki, italiyalı baş məşqçi Tiaqu Motta yeni mövsümdən etibarən "ağ-qaralar"ı çalışdıracaq.
"Qoca sinyora" rəsmiləri Tiaqu Mottaya güvəndiklərini və yeni nailiyyətlər qazana biləcəklərini deyiblər.
Qeyd edək ki, Tiaqu Motta "Yuventus" klubunu çalışdırmaq üçün "Bolonya" ilə müqaviləyə xitam verəcək.