Bu ölkədə yaşı 100-dən çox olan cütlük evləndi - FOTO

18:06 - 23 May 2024

Bu ölkədə yaşı 100-dən çox olan cütlük evləndi - FOTO

ABŞ-da yaşları 100-dən çox olan cütlük evlənib

 

 Manset.az "Fox News"a istinadən bildirir ki, 100 yaşlı Berni Littman və 102 yaşlı Marjorie Fiterman qocalar evində ailə qurublar.

Littmanın nəvəsi Sarah Şikerman onların evlilik yaşının rekord olduğunu düşündükləri üçün Ginnesin Rekordlar Kitabına müraciət etdiklərini bildirib.

Babasının musiqiçi olduğunu və 65 il evli olduğunu bildirən Şikerman həyat yoldaşının ölümündən sonra qocalar evinə köçdüyünü və Fitermanla orada tanış olduğunu bildirib.

Littman ilə 102 yaşlı Fiterman arasındakı münasibətin 9 ildir davam etdiyini bildirən Şikerman bunları qeyd edib:

"Babam evlənmək istədiyini deyərək bizi təəccübləndirdi. Kiçik mərasim təşkil edə bilərik dedik, amma o, israrla toy etdi və evləndilər."

Jalə

Manşet.az



Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin