Yük avtomobili yolda qaldı: tıxac yarandı - FOTO

18:50 - 23 May 2024

Yük avtomobili yolda qaldı: tıxac yarandı - FOTO

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun "Koroğlu" stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məhz bu səbəbdən Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti - "Qələbə" dairəsi, eləcə də metronun "Koroğlu" stansiyası istiqamətlərində sıxlıq yaranıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən aidiyyəti üzrə məlumat verilib, yük avtomobilinin yoldan kənarlaşdırılması və sıxlığın qarşısının alınması istiqamətində işlər görülür.



Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin